Azərbaycan Mərkəzi Bankı 9 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, oktyabrın 9-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0019 manat təşkil edir. 1 türk lirəsi 0.2142 manat, 1 rus rublu 0.0220, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5287 manatdır.