Mərkəzi Bank qızıl ehtiyatının 12%-ni satıb

merkezibankAzərbaycan Mərkəzi Bankı (AMB) cari ilin noyabr ayında 95 min unsiya (təqribən 3 ton) qızıl satıb.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun açıqladığı hesabatda deyilir.

Hesabata əsasən, qeyd edilən rəqəm AMB-nin ümumi qızıl ehtiyatlarının 12%-ni təşkil edir.

Beləliklə, AMB-nin qızıl ehtiyatı 22 ton 15 kq səviyyəsinə enib.

 

Yeniçağ.Az