Mərkəzi Bank tender keçirir

 Azərbaycan Mərkəzi Bankı (AMB) transformator qurğusu, qaz tipli avtomatik yanğınsöndürmə sistemi, kəsintisiz elektrik mənbələri (UPS) üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması işləri və digər xidmətlərin satın alınması üçün 8 lot üzrə açıq tender elan edib.

Yenicag.Az bu barədə AMB-nin rəsmi qəzetdə dərc olunan elanına istinadən xəbər verir.
Lot-1 Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi,90 ünvanında yerləşən əsas inzibati binasında 1600 kVA-lıq transformator qurğusunun təchizatı və quraşdırılması işlərinin satın alınması, lot-2 əsas inzibati binada qaz tipli avtomatik yanğınsöndürmə sisteminin təchizatı və quraşdırılması işlərinin satın alınması ilə bağlıdır.

Lot-3 mərkəzi ofisin və Sumqayıt ehtiyat mərkəzinin inzibati binalarında quraşdırılmış kəsintisiz elektrik mənbələri (UPS) üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması işləri, lot-4 mərkəzi ofisin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmət, lot-5 mərkəzi ofisin və regional ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmət, lot-6 mərkəzi ofisin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmət, lot-7 AMB-yə məxsus nəqliyyat vasitələrinə texniki xidmət, lot-8 isə əsas inzibati binada quraşdırılmış avtomatlaşdırılmış telefon stansiyası “OpenScape Business” üçün İP telefon aparatlarının satın alınmasını nəzərdə tutur.

İddiaçılar tender təklifi və tender təklifinin bank təminatını martın 31-dək, digər sənədləri isə ən geci martın 15-dək AMB-nin əsas inzibati binasına təqdim etməlidirlər. Tenderdə iştirak haqqı hər bir lot üzrə 50 manat təşkil edir.
Lot 1, 2, 3, 5, 78 üzrə satınalma müqaviləsi imzalandığı gündən, lot-4 üzrə oktyabrın 1-dən, lot-6 üzrə isə iyulun 1-dən qüvvəyə minir.

Malların təchizatı və işlərin görülməsi müddəti lot-1 üçün satınalma müqaviləsi imzalandığı gündən 120 təqvim günü, lot-23 üzrə 90 təqvim günündə, lot-4, 5, 67 üzrə 1 il, lot-8 üzrə isə 60 təqvim günüdür.
Tender proseduru aprelin 3-də AMB-nın inzibati binasında keçiriləcək.

Yenicag.Az