!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Banka qarşı növbəti İTTİHAM: “Burada əmanətçilərin heç bir günahı yoxdur” – Vüqar Bayramov 

!Reklam – Yazi

“Bu problem banklarda idarəetməyə nəzarətin gücləndirilməsi ilə bağlı məsələni bir daha da aktuallaşdırır”. 

Yenicag.az xəbər verir ki, bu fikirləri lisenziyası geri alınan “NBC Bank”da blok olunmuş əmanətlərlə bağlı yaranmış vəziyyəti dəyərləndirən deputat Vüqar Bayramov bildirib.

Vüqar Bayramov qeyd edib ki, sözügedən vəsaitlərin əmanətçilərə qaytarılması üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən hüquqi prosedurların sürətləndirilməsi məqsədəuyğun olar:

“Qeyd edim ki, Mərkəzi Bank 2020-ci il yanvarın 27-dən etibarən, “NBC Bank”a əmanət qəbulunu qadağan edib. Lakin Mərkəzi Bank cəmiyyətdə həmin banka olan inamı azaltmamaq üçün bu barədə o zaman xüsusi açıqlama verməyib. Bununla yanaşı, bank rəhbərliyi qadağaya baxmayaraq, əmanət qəbul etməkdə davam edib.

Nəticədə bank müflis olandan sonra həmin əmanətlər “bloka alınıb”. Birmənalı şəkildə burada heç bir əmanətçinin günahı yoxdur. Əksinə, bu problem banklarda idarəetməyə nəzarətin gücləndirilməsi ilə bağlı məsələni bir daha da aktuallaşdırır.

Rusiyada olduğu kimi, bizdə də bank rəhbərləri üçün məsuliyyətin artırılmasına ehtiyac var. Bütövllükdə, Əmanətlərin Sığortalanması Fondunun mövqeyi təqdirəlayiqdir və blok olunmuş əmanətlərin bu məsələdə heç bir günahı olmayan vətəndaşlara daha qısa zamanda qaytarılmasına nail olunmasına ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

1242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv