Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir Baş direktor təyin olunub.
Yenicag.az Mərkəzi Banka istinadən bildirib ki, bu vəzifəyə Fərid Tofiq oğlu Osmanov təyin edilib. Beləliklə, AMB-in baş direktorlarının sayı 6-dan 7-yə çatdırılıb.
Qeyd edək ki, F.Osmanov 2015-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində çalışıb. 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.