Mərkəzi Bankda növbəti valyuta hərracı keçirildi

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Fonddan Yenicag.az-a verilən məlumata görə, hərracda tələb 65,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.