!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın antiinflyasiya tədbiri, yoxsa... - “Kredit şərtlərinin daha da ağırlaşması…” - İqtisadçı RƏYİ

!Reklam – Yazi

“Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9.75 faizə qaldırılması kredit faizinə təsirini göstərəcək”.

Bunu Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin artırılmasını şərh edərkən iqtisadçı ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında  deyib.

Ekspert uçot dərəcəsinin artırılması fonunda orta və kiçik bankların daha çox mənfi təsirlərə məruz qalacağını bildirib.

“Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin artırılması əslində, gözlənilən qərar idi. Çünki Mərkəzi Bank bu yolla inflyasiya, yəni qiymət artımı ilə mübarizə aparır. Məqsəd də budur ki, kredit faizləri daha da artsın, bununla dövriyyədə pul həcmi azalsın və nəticədə qiymət artımı olmasın. Hazırda bu tendensiya ABŞ daxil olmaqla bütün dünyada gedir. Mərkəzi Banklar uçot dərəcəsini artırmaqla inflyasiyaya qarşı mübarizə aparır. Bu, nə dərəcədə effektiv olacaq, ya olmayacaq, bu, məsələnin ikinci tərəfidir. Məqsəd budur ki, faizlər, o cümlədən də kredit faizləri artmalıdır. Uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsidir. Mərkəzi Bank banklara kredit faizini daha baha verirsə, deməli, banklar da öz növbəsində həm əhaliyə, həm də sahibkarlara kreditləri daha yüksək faizlərlə verəcək. Düzdür, iri banklar üçün bu, o qədər də böyük problem yaratmayacaq. Azərbaycanda iri inhisarçı banklar var ki, onların onsuz da pulu çoxdur və krediti aşağı faizlə verə bilər.

Bu o demək deyil ki, kredit faizləri dərhal artacaq. Amma bunun fonunda orta və kiçik banklar üçün vəziyyət daha da çətinləşə bilər. İnflasiya onsuz da gedir, qaçılmazdır, amma bu qərar qiymət artımının qarşısını almalıdır. Ən çox zərər çəkənlər kredit götürmək istəyənlər ola bilər. Çünki kredit faizləri artırılır”.

Cəvahir

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv