!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mərkəzi Bankın borclulara güzəşt edilməsinə dair tövsiyəsi artıq qüvvədə deyil, ona görə də...” - Əkrəm Həsənov

!Reklam – Yazi

“Mövcud vəziyyətdə əlavə kapital cəlb edə bilməyən bankların bağlanma ehtimalı yüksəkdir”.

Bunu pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərin ölkənin bank sektoruna davam edən neqativ təsirlərini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Əkrəm Həsənovun sözlərinə görə, pandemiya dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bankları ciddi çətinliklərlə üz-üzə qoyub:

“Bankların üzləşdikləri problemlər iqtisadi aktivliyin aşağı düşməsi, adi bank xidmətlərindən daha az istifadə olunması, əmanətlərin geri çəkilməsi və bankların gəlir əldə etdiyi digər xidmətlərdən istifadənin azalması ilə şərtlənir.

Böhran dövründə vətəndaşların gəlirləri xeyli azaldığına görə banklara qoyulan əmanətlərin geri çəkilməsi halları çoxalıb. Amma ən vacib məsələ budur ki, banklarda problemli kreditlərin həcmi artıb. Çünki pandemiya dövründə istehlak və biznes kreditləri olan borcalanların maddi vəziyyətində sıxıntı yaranıb və onlar ödənişləri vaxtında edə bilmirlər.

Ötən il Mərkəzi Bank gecikmənin borc kimi qeydə alınmaması və müştərinin kredit tarixçəsinin korlanmaması ilə bağlı verdiyi tövsiyəyə uyğun olaraq, bankların maliyyə hesabatında problemli kreditlərin həcmində artım müşahidə edilmirdi. Lakin bu il həmin tövsiyə artıq qüvvədə deyil və banklar öz hesabatlarında gecikmələri qeyd edirlər”.

Mövcud vəziyyətdə hər hansı bankın bağlanması ilə bağlı ehtimala da toxunan iqtisadçının fikrincə, səhmdarları əlavə vəsait yerləşdirməyən bankların bağlanma ehtimalı yüksəskdir:

“Təbii ki, kapitalın aşağı düşməsi heç də Mərkəzi Bankın ürəyincə deyil. Ötən il 4 bank – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank” bağlandı. İndiki halda da əlavə kapital cəlb edə bilməyən bankların bağlanma ehtimalı yüksəkdir”.

Gülşən Şərif

www.yenicag.az

1108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv