Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mərkəzi Bankın hüquqi statusunun dəyişdirilməsi konstitusiyaya ziddir?

 

merkezibankNatiq Cəfərli: “Dövlət orqanı” sözləri “publik hüquqi şəxsdir” sözlərilə əvəz edilirsə, deməli ilk öncə Konstitusiyada dəyişiklik edilməlidir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi nəticəsində belə qərara gəlinib ki, Mərkəzi Bankın hüquqi statusu dəyişsin.

Dəyişikliyə əsasən qanunun 2.1-ci maddəsində “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilir.

Dəyişikliklərdən biri də 5.0.7-ci maddənin ləğv edilməsi ilə bağlıdır. Bu dəyişikliklə, Mərkəzi Bankın bank fəaliyyətini lisenziyalaşdırması və tənzimləməsi, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirməsi funksiyası əlindən alınır.

NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuioİqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında MB-nın hüquqi statusunun dəyişdirilməsilə bağlı məsələyə aydınlıq gətirərək bildirdi ki, bunun üçün ilk öncə Konstitusiyada dəyişiklik edilməsinə ehtiyac var: “MB-nın hüquqi statusunun dəyişdirilməsi ciddi problem yaradır. Belə ki, Konstitusiyada Mərkəzi Bank dövlət orqanı kimi qeyd edilib. Belədə, “dövlət orqanı” sözləri “publik hüquqi şəxsdir” sözlərilə əvəz edilirsə, deməli ilk öncə Konstitusiyada dəyişiklik edilməlidir. Mərkəzi Bankın statusunun dəyişməsi ehtimalı haqqında bir neçə müddət bundan öncədən  ciddi müzakirələr gedirdi. Amma bu addımın məqsədinin nədən ibarət olduğunu söyləmək bir qədər çətindir. Çünki, Azərbaycanda nə Britaniya, nə də ABŞ-kı kimi tarixi ənənə yoxdur. Oradakı MB rolunu oynayan qurumlar əslində özəl bir qurumdur. Amma Konqres tərəfindən də ciddi nəzarət edilir.  Azərbaycanda isə belə bir tarixi ənənə olmayıb, MB bu günə qədər dövlət orqanı kimi fəaliyyət göstərib. MB əslində müstəqil qurum olmalı, hökumətlə onun əlaqələri qanunlarla tənzimlənməli, hətta obrazlı desək dünyanın bütün ölkələrində olduğu kimi MB hökumətə az da olsa müxalif bir qurum olmalıdır. Statusun dəyişdirilməsinin nəyə gətirib çıxaracağını indidən demək çətindir.

Çox güman ki, MB-ın son zamanlar atdığı addımlar, devalvasiyalar qurumun reputasiyasını xeyli dərəcədə zəiflədib.  Cəmiyyət arasında MB-ya və onun rəhbərinin dediyi sözlərə görə ciddi münasibət qalmayıb.

Ola bilər bu status dəyişməsi, müəyyən səlahiyyətlərin yeni yaradılmış Maliyyə Bazarına Nəzarət qurumuna verilməsi həm imic dəyişikliyinə, həm də gələcəkdə veriləcək qərarların MB-nın qərarı kimi deyil, ümumi  hökumətin verdiyi qərar kimi təqdim olunmasına xidmət edəcək. Lakin belə praktikaya dünyada nadir hallarda rast gəlinir. Bunun işləmə mexanizmləri, hansı nəzarət funksiyalarının olması, parlament, hökumətin rolunun nədən ibarət olması, MB-nın hesabatlılığı kimin qarşısında verəcəyi barədə dəqiq söz demək çətindir. Ona görə də indiki statusla ciddi problemlər yaranır. Qurumun hansı formada işləyəcəyi haqqında  ayrıca bir izahat verilsə daha yaxşı olardı”.

ELÇİN

 

Loading...

www.yenicag.az

340
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100