!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın qərarına ETİRAZ: "Bu dəyişiklik effektiv nəticə verməyəcək"

!Reklam – Yazi

Mərkəzi Bank uçot dərəcəsini artırıb. Belə ki, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 7%-dən 8%-ə çatdırılıb.

Uçot dərəcəsinin artırılmasının mümkün təsirləri ilə bağlı İqtisad Universitetinin professoru Elşad Məmmədov öz fikirlərini Yenicag.az-la bölüşüb.

İqtisadçı vurğulayıb ki, Mərkəzi Bankın inflyasiya ilə mübarizə çərçivəsində uçot dərəcəsini artırması doğru addım deyil:

“Azərbaycanda tələb inflyasiyası yoxdur, əksinə təklif inflyasiyası mövcuddur. Ölkədə artıq pul kütləsi yoxdur ki, inflyasının qarşısını almaq üçün faiz dərəcələri artırılsın. Fikrimcə, məlum dəyişiklik daha çox beynəlxalq təşkilatların tövsiyələri çərçivəsində baş verib. Bu dəyişikliyin kəskin mənfi effekti olmasa da, müsbət nəticə verəcəyini də düşünmürəm. Çünki bazardakı faiz dərəcələri bilavasitə uçot dərəcəsi ilə bağlı deyil. Mərkəzi Bankın maliyyə resursları kommersiya bankları tərəfindən
o dərəcədə çox deyil ki, uçot dərəcəsinin dəyişdirilməsi bazara bilavasitə təsir etsin. Qəbul olunan qərar psixoloji baxımdan faizlərin müəyyən dərəcədə artırılmasına şərait yaradacaq. Həmçinin depozitlərdə də faizlərin bir qədər yüksələcəyi gözləniləndir. Bu, yüksək olan kredit faizlərini daha da artıra bilər. Faiz dərəcələri və pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində atılan addımlar indiki şərait üçün doğru deyil. Bu gün ölkədə pul kütləsi və investisiyanın artımına ciddi ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv