Argentinada Mərkəzi Bankının rəhbəri Lusis Kaputo istefa verib.
Yenicag.az xəbər verir ki, o, şəxsi işlərini əsas gətirərək bu qərara gəlib.
Maraqlıdır ki, Kaputo bu addımı Argentina hökuməti ilə Beynəlxalq Valyuta Fondu (BVF) arasında kreditin şərtlərini dəyişdirmək haqqında danışıqlar aparılan zaman atıb.
Qeyd edək ki, BVF İcraiyyə Şurası bu ilin iyun ayında milli valyutasının kəskin ucuzlaşdığı Argentinaya üç il müddətinə 50 milyard dollarlıq kreditin verilməsi qərarına gəlmişdi.