Reklam: High Technic
hightechnic

Mərkəzi Bankın valyuta ehtiyatları yenə azalır

104611_res_01Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda yenidən azalmağa başlayıb.

Yenicag.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə AMB məlumat yayıb. Məlumatda bildirilir ki, 2015-ci il iyul ayının sonunda bankın valyuta ehtiyatlarının həcmi 8 milyard 501.5 milyon dollar təşkil edib.

Bu da 2015-ci ilin iyunun 30-u ilə müqayisədə 18,7 milyon dollar azdır.

Qeyd edək ki, bankın valyuta ehtiyatları may ayının sonunda 8 milyard 430 milyon dollar təşkil etmişdi və elə həmin ayda bu il ərzində ilk dəfə artım (0,5% yaxud 42,9 milyon dollar) qeydə alınmışdı.

Onu da əlavə edək ki, AMB-nin valyuta ehtiyatları iyun ayının sonunda 8 milyard 520,2 milyon dollar təşkil etmişdi.

www.yenicag.az

58