Mərkəzi Bankının sədrinə yeni müşavir təyin edildi

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova daha bir müşavir təyin edilib.

Yenicag.az AMB-yə istinadən xəbər verir ki, yeni müşavir Vüqar Fərman oğlu Əliyevdir.

Qeyd edək ki, Vüqar Əliyev bundan əvvəl “PricewaterhouseCoopers” və “KPMG” beynəlxalq audit şirkətlərində rəhbər vəzifələrdə çalışıb.