Mərkəzi bankların pul siyasəti: İqtisadiyyatlarda tənəzzül riski nə qədərdir?

ABŞ-nin nüfuzlu “Goldman Sachs” investisiya bankı bir çox böyük mərkəzi bankların həyata keçirdiyi pul siyasətinin gələn ilə qədər iqtisadiyyatlarda tənəzzülə səbəb olmayacağını açıqlayıb.

Yenicag.az “Hurriyet”ə istinadən bildirir ki, qurum Latın Amerikası, Şərqi və Mərkəzi Avropanın inkişaf etməkdə olan 9 ölkəsini araşdıraraq tənəzzül olmayacağı qənaətinə gəlib.

Belə ki, sözügedən ölkələrin məşğulluq bazarlarında müşahidə olunan aktivlik heç bir tənəzzül əlamətinin olmadığını göstərib.

Qeyd olunan ölkələrin iqtisadiyyatlarını dəstəkləyən bəzi əsas amillərin olduğunu bildirən “Goldman Sachs” investisiya bankının açıqlamasına görə, bura sürətli istehlak krediti artımı və güclü balans hesabatları, məşğulluğu dəstəkləyən bir çox iqtisadiyyatlarda əmək tələbinin artması və artımı dəstəkləyən iqtisadiyyatların yenidən açılması daxildir.

Qeyd edək ki, “Goldman Sachs” iqtisadçıları da tədarük zəncirindəki problemlərin azaldığına dair siqnalların olduğunu bildiriblər.

Gülşən