Mərkəzi Elmi Kitabxananın 5 illik hesabat tədbiri keçirildi – VİDEO

İyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının yeni binasının istifadəyə verilməsinin 5 illik hessabat tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə AMEA-nın Prezidenti Akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti Professor İsa Həbibbəyli, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova, Azərbaycan Milli Kitabxanasının direktoru Professor Kərim Tahirov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, ziyalılar və Akademiyanın əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akif Əlizadə ölkədə bütün müasir tələblərə cavab verən belə bir kitabxananın mövcud olmasının sevindirici hal olduğunu qeyd edib və burada elmlə məşğul olmaq istəyən hər bir şəxsə bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.

Daha sonra çıxış edən İsa Həbibbəyli də 5 illik fəaliyyəti ərzində MEK-in gördüyü işlərin çox yüksək səviyyədə olduğunu və bu fəaliyyətin artan tendensiyada daha da inkişaf edəcəyini vurğulayıb.

Sonra MEK-in direktoru Leyla İmanova hesabat xarakterli məruzəsi ilə çıxış edib.

Tədbir MEK və AMEA əməkdaşlarının mükafatlandırılması mərasimi ilə yekunlaşıb.

Hesabat tədbirindən sonra Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova Yeniçağ-a müsahibə verib. Müsahibəni sizlərə təqdim edirik:

Aqil Bəkir

COP29