!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Mərmər soyuğu" beynəlxalq festivalda - FOTOLAR

!Reklam – Yazi

“Azerbaijan Actors Agency”nin aktrisası Natavan Abbaslının baş rollardan birini ifa etdiyi “Mərmər soyuğu” filmi Hindistanın Goa şəhərində keçirilən 53-cü Beynəlxalq Film Festivalında (53 rd İnternational Film Festival of İndia/Goa) iştirak edir.

Yenicag.az xəbər verir ki, Azərbaycanı festivalda aktrisa Natavan Abbaslı və filmin quruluşçu operatoru Oktay Namazov təmsil edirlər.

Qeyd edək ki, rejissoru Asif Rüstəmov olan filmin Asiya premyerası noyabrın 26-da baş tutub. Avropa premyerası isə noyabın 24-də 26-cı Tallin Qara Gecələr Film Festivalında (PÖFF/Tallin Black Nights Film Festival) reallaşıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” filmində baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı çəkiliblər.

Filmin Baş prodüseri Arzu Əliyevadır.

Cəvahir

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv