“Mərmər soyuğu” filminin Tallində premyerası keçiriləcək

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filminin Estoniyanın paytaxtı Tallin şəhərində dünya premyerası baş tutacaq.

Yenicag.az xəbər verir ki, film Avropanın nüfuzlu festivallarından olan PÖFF | “Tallinn Black Nights” film festivalı çərçivəsində dünya premyerasını edəcək.

Qeyd edək ki, festivalın əsas müsabiqə proqramında ilk dəfə Azərbaycan filmi iştirak edir.

Onu da bildirək ki, filmin baş rollarında Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çıxış edirlər.