Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Mersedes” hasara çırpıldı - Ölən var

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə gecə saat 3:00 radələrində rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Binas Niyaz oğlu “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü B.Rzayev təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti getdikcə ağırlaşıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./APA/

www.yenicag.az

17592