“Məruz qaldığımız iqtisadi çətinlikləri gözardı etmirik”.
Yenicag.az-ın yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti taplantısından sonra xalqa müraciətində deyib.
“Biz başqaları kimi şikayətlər qarşılığında millətə barmaq sallayanlardan əsla olmadıq. Bizim vəzifəmiz millətimizin səsinə qulaq tıxamaq deyil, insanımızın tənqid etdiyi xüsusları ən aza endirib onun övgüsünü qazanacaq əsər və xidmətlərin sayını çoxaltmaqdır”, – deyə Ərdoğan bildirib.