“Məryəm xanım təqaüd alırdı, dövlət onun üçün daha nə etməliydi ki?” – Araz Əlizadə – Yenicag.Az

Reklam

Reklam

“Bir dəfə millət vəkili olmaq o demək deyil ki, dövlət səni ömrünün sonuna kimi təmin etməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sabiq millət vəkili, 1990-95-ci illərdə Milli Məclisin deputatı olmuş Məryəm Həsənovanın maddi sıxıntılar içində dünyasını dəyişməsinə münasibət bildirən deputat Araz Əlizadə deyib.

Araz Əlizadənin sözlərinə görə, dövlətin vətəndaşa münasibəti məsələsində deputatla sıravi insana fərq qoyulmamalıdır:

“Məryəm xanıma Allah rəhmət eləsin. Azərbaycan kimi zəngin ölkədə heç kəs kasıb yaşamamalıdır. Ancaq bir dəfə millət vəkili olmaq o demək deyil ki, dövlət səni ömrünün sonuna kimi təmin etməlidir. Millət vəkilini xalqdan ayırmayaq.

Rəsmi status deputatın fəaliyyətdə olduğu dövrü əhatə edir. Mən özüm 1995-ci ildən 2015-ci ilə qədər işsiz idim. O illərdə nəyim vardısa, satıb dolanırdım. Əlimdə olanları da deputatlıq dövrümdə qazanmamışdım. Ancaq heç kəsdən heç nə ummurdum və incimirdim. Çünki bu, həyatdır.

Ola bilməz ki, sən bir dəfə hara isə seçiləsən və dövlət də səni ömürlük təmin etsin. O, müəllim idi, müəllim kimi də maaş alırdı. Məryəm xanım təqaüd də alırdı, dövlət onun üçün daha nə etməliydi? Sadəcə olaraq, o vaxt deputat maaşı cəmi iki yüz manat idi. Bu maaşa görə təqaüdün də aşağı olması təbiidir.

Onun xəstəliyinə gəldikdə isə Azərbaycanda səhiyyə pulsuzdur. Bundan istifadə etmək lazımdır. Mən özüm xəstələnmədiyim üçün bizim səhiyyəyə müraciət etməmişəm”.

Qeyd edək ki, sabiq millət vəkili Məryəm Həsənova ötən gün yaşadığı yataqxanada dünyasını dəyişib.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5924
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."