Məsciddə dəhşətli partlayış – Ölən var

38317Səudiyyə Ərəbistanının Yəmən sərhədi yaxınlığında əsgərlərin olduğu bir məsciddə partlayış baş verib.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, əl-Cəzira televiziyası Ərəbistanının cənub qərbindəki Ebha şəhərində bir məsciddə intihar hücumu təşkil edildiyi xəbərini yayıb.

Hücumu terror aktı kimi xarakterizə edən Səudiyyə Ərəbistanının dövlət televiziyası hadisə zamanı azı 10 nəfərin həlak olduğunu, 12 nəfərin isə yaralandığını bildirib.

“Reuters”ın Şərqul Əvsat qəzetinə istinadən yaydığı xəbərlərə görə hücum zamanı onlarla insanın da yaralandığı bildirilir.

Anadolu Agentliyinin yaydığı xəbərdə isə hücum əsnasında məsciddə təhlükəsizlik qüvvələrinin namaz qıldığı bildirilir.