Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Məscidə hücum - 49 ölü, 48 yaralı - ANBAAN VİDEO/18+

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə atışma baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb, 20 nəfər hospitallara aparılıb.

Silahlı şəxslər Kraystçörç şəhərinin Dins Avenyu və Linvud Avenyu küçələrindəki iki məscidə soxularaq atəş açmağa başlayıblar. Gülləbaran gündüz namazından sonra törədilib.

Şahidlər hücumu həyata keçirən şəxsin başında, gözündə eynək olan ağdərili olduğunu bildiriblər. Hücum zamanı onun həmçinin canlı yayım apardığı da vurğulanıb.

Şəxsin hücumdan öncə 37 səhifəlik manifest yayımladığı və öz addımını terakt adlandırdığı da açıqlanıb.

Yeni Zelandiya polis komissarı Mayk Buş isə hücumla əlaqədar 4 nəfərin – 3 kişi və 1 qadının saxlanıldığını deyib.

“Onlardan biri Avstraliya vətəndaşı olan 28 yaşlı Brenton Tarrantır. Onun əynində kamuflyaj paltar, gülləkeçirməyən jilet, başında dəbilqə, əlində isə avtomat vardı. Avtomatın üzərinə “Gəlin, əyləncəyə başlayaq!” yazılmışdı. Tarrantın maşınında 6 avtomat, 5 tapança və iki çantada patronlar vardı”.

“Twitter”dəki səhifəsinə paylaşdığı manifestində Tarrant müsəlmanlara, İslama və miqrantlara nifrət etdiyini bəyan edib.

“Mən adi, fəhlə ailəsində doğulub böyümüşəm. Ailəmiz yoxsuldu. Xalqım üçün daha yaxşı gələcək istəyirəm. Yeni Zelandiya hücum üçün ilk seçimim deyildi. Sadəcə, Yeni Zelandiyada aksiyanı gerçəkləşdirsəm, bu ölkənin təhlükəsiz olmadığını göstərəcəyəm. Qoy, anlasınlar ki, onlar üçün dünyanın heç bir ölkəsi təhlükəsiz deyil. Ağdərililərin gələcəyini təmin etmişəm. Bu aksiyam tarix boyu müsəlmanların Avropada ağdərililərə qarşı törətdikləri vəhşiliklərə, yüz minlərlə insanı qətlə yetirmələrinə cavabımdır. Bu aksiya müsəlman qul tacirlərinin vətənlərindən didərgin salıb kölə etdikləri, satdıqları milyonlarla avropalının taleyinə cavabımdır. Bu aksiya Avropada terror hücumları nəticəsində həlak olmuş minlərlə avropalı üçün cavabımdır”.

Şahidlərin dediklərinə görə, “Əl Nur” məscidindəki gülləbaranda ən azı 50 dəfə atəş açılıb.

 

www.yenicag.az

7822