Məscidin damı uçdu – 15 ölü, 70 yaralı

Pakistanda məscidin damı uçub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Sind əyalətinin şimalında yerləşən Xeyrpur şəhərində baş verib.

Uçma nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb.

Qeyd edək ki, insidentə səbəb davam edən güclü yağışın binanın dayaq konstruksiyalarını yuması səbəb olub.

İyun ayından davam edən yağışlar nəticəsində ölənlərin sayı 830 nəfərə çatıb.