Bakıda qızlara məsciddə soyunmaq müqabilində 2 min manat pul təklif edilib. Yenicag.az xəbər verir ki, bu barədə A24.Az-ın məlumatına görə, elan “Facebook”da şəxsi səhifələrin birində yayımlanıb.
Nü janrında (çılpaq) çəkilən fotosessiya üçün əcnəbi qızlar tələb edilib.
Elanda deyilir:
“Çəkilişlər məsciddə aparılacaq. Biz sosial şəbəkədə “partlayış” etməyə hazırlaşırıq. Çəkilişlər peşəkar fotoqraflar və avadanlıqlarla aparılacaq. Fotolara çəkilənlərin üzləri görünməyəcək. Çəkilişlərdən sonra həmin qızın təcili öz ölkəsinə qayıtmağı tələb olunur. Çəkilişin hər saatına görə, 2 min manat ödəniləcək. Şəxsi mesaj yazın, ciddi olmayanar narahat etməsin”.