Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Meşə ətrafında yanğın davam edir" - Nazir müavini Nərimanovdakı yanğından danışdı

Paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarındakı yanğına 250-dən artıq canlı qüvvə və 32 texnika cəlb olunub.

Yenicag.az xəbər verir ki, bunu Bakının taxta bazarında yanğın baş verən əraziyə gələn fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Onun sözlərinə görə, yanğının yayılma təhlükəsi yoxdur:

“Yanğın 3 saatdan artıqdır ki, davam edir. Müxtəlif yerlərdə mənbələr var, bunlar quru taxtalardır. Yanğının sahəsinə gəldikdə isə, təqribən 1500 kv.m-dən artıqdır. Hadisənin səbəbi isə işlərin yekununda bilinəcək”.

Nazir müavini əlavə olaraq bildirib ki, rayonlarda da meşə və meşə ətrafında olan yanğınlar davam edir.

www.yenicag.az

449
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM