Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Meşə yanğınları ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ

Qarşıdan yay günlərinin gəlməsini, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətə istirahətə gedən vətəndaşlara, turistlərə müraciət edirik. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasın, piknikdə olan zaman ərazini tərk etməmişdən qabaq tonqalları söndürsün, fermerlər biçənəkləri yandırmasınlar.

Yenicag.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, bəzən istirahətdə olanların, kənd sakinlərinin, fermerlərin, sürücülərin ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolaqları, ağaclar, yaşıllıqlar yanır və bu hallar da nazirliyi narahat edir:

“Bütün bu hallar baş verməməsi üçün sürücülər, vətəndaşlar dizel yanacaqları, bitki yağları, benzin kimi mayelərə bulaşmış materialları, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasın, müəssisələr, fermer təsərrüfatları, eləcə də əhali meşəyə həmsərhəd olan sahələrdə qurumuş otları, kövşənləri biçin dövrü başa çatdıqdan sonra yandırmasın, meşə sahələrinə yaxın kəndlərin sakinləri mütləq şəkildə yanğın təhlükəsizlik qaydalarına əməl etsinlər. Bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, yaşıllıqları qorumağa çağırırıq”.

www.yenicag.az

4203
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM