Yunanıstanda güclü meşə yanğınlarında ölənlərin sayı 74-ə çatıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 164 nəfər xəsarət alıb.
Onlardan 23-ü uşaqdır. Rəsmilər 100-dən çox insanın itkin düşdüyünü bildiriblər.
Ölənlər arasında xarici ölkə vətəndaşları da var. Polşanın Xarici İşlər Nazirliyi yanğın nəticəsində iki polşalı turistin öldüyünü açıqlayıb.