Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Meşə yanğınlarının Türkiyə iqtisadiyyatına TƏSİRİ: "Bu, əlavə xərc yaradacaq" - Millət vəkili

“Meşə yanğınları Türkiyəyə səfər etməyi planlaşdıran bir sıra əcnəbilər arasında tərəddüdlər yarada bilər”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyədə baş verən meşə yanğınlarının ölkənin iqtisadiyyatına təsirlərini dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputata görə, Türkiyədə baş verən meşə yanğınları ölkənin iqtisadiyyatına mənfi təsir edir:

“Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Yanğınlar daha çox Türkiyənin turistik bölgələrində müşahidə olunduğundan bu sahənin gəlirlərinə təsirsiz ötüşməyəcək. Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyir. Ötən il pandemiya səbəbindən tənəzzül keçirən turizm sektoru bu il canlanmağa başlamışdı. Bu ilin birinci yarısında Türkiyəyə 7 milyon 250 min xarici turist gəlmişdi və rəqəmlər də artan istiqamətdə dəyişirdi. Təəssüf ki, meşə yanğınları Türkiyəyə səfər etməyi planlaşdıran bir sıra əcnəbilər arasında tərəddüdlər yarada bilər.

İşsizlik səviyyəsi 13.2 faiz olan qardaş ölkədə bu ilin birinci rübündə ÜDM 1.7 faiz artırsa da, əksər makroiqtisadi göstəriciləri pandemiyadan təsirlənib. Bu baxımdan meşə yanğınları qardaş ölkə üçün əlavə xərc yaradacaq ki, bu da Türkiyə iqtisadiyyatı üçün arzuolunan deyil”.

Gülşən Şərif

www.yenicag.az

274
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100