Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Meşə zolağında yanğın - Astarada / FOTO

15 yanvar 2021-ci il tarixində saat 15:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu, Kijəbə qəsəbəsinin yaxınlığında meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsi və daha böyük sahəyə yayılmasının qarşısı alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları da cəlb olunaraq qısa müddətdə söndürülən yanğın nəticəsində, təqribən, 2 hektar sahədə kol-kos və quru ot yanıb.

Loading...

www.yenicag.az

221