Ölkənin bütün regionlarında payız ağac əkini mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir, meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.
Yenicag.a xəbər verir ki, meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Salyan, Şəmkir, Tovuz, Gədəbəy, Zaqatala, Qəbələ, Şamaxı, Şabran, Quba, Bərdə, Ağcabədi və Masallı rayonlarında payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri həyata keçirilib. Gün ərzində, ümumilikdə 33 hektar meşə fondu torpağında 24 300 ədəd müxtəlif növ ağac tingi əkilib, 1,5 ton toxum səpilib