Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Meşələrdə turistlərin hərəkəti üçün xüsusi cığırlar qoyulacaq

Azərbaycanda meşə ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə aparılan tədbirlər çərçivəsində meşələrdə turistlərin hərəkəti üçün müvafiq cığırlar qoyulacaq, istirahət üçün yerlər müəyyənləşdiriləcək.

Yenicag.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib. O qeyd edib ki, hazırda meşələrin rekreasiya təzyiqi normalarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Azərbaycanda meşə fondunun turizm potensialının geniş olduğunu söyləyən S.Salmanov dağ turizminin inkişaf perspektivlərinin olduğunu vurğulayıb. Sektor müdirinin sözlərinə görə, artıq Qusar, Quba, Göygöl, Şəki, Qax, Gədəbəy və Daşkəsəndə turizm marşrutları mövcuddur:

“Bu yerlərdə turizm potensialından istifadə olunur. Yeni hazırlanan Milli Meşə Proqramı çərçivəsində isə işlər davam etdiriləcək”.

www.yenicag.az

942
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM