Meşələrin qorunmasında yenilik – Şlaqbaum, kamera…

Azərbaycanda bəzi meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb.

Yenicag.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib:

“Hesab edirik ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq. Bu tədbirlər Respublikanın digər meşə ərazilərində də davam etdirilir”.

İ.İbrahimova qeyd edib ki, Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılacaq. “Bu təcrübə dünyanın bir çox ölkəsində tətbiq olunub və müsbət nəticə əldə edilib. Bunu həyata keçirməkdə məqsəd meşələrin effektiv mühafizə olunması, giriş və çıxışlarına nəzarət etmək, meşə ərazilərinin yanğından mühafizə edilməsi və profilaktikadır. Kameraların quraşdırılması üçün elə yerlər seçilir ki, həmin kameralar vasitəsilə daha çox meşə massivinə nəzarət olunacaq. Kameralar 360 dərəcə ətrafında fırlanacaq və vahid mərkəzdən idarə olunacaq. Bununla da ərazi daim müşahidə ediləcək, hər hansı kənar şəxs daxil olduqda, tüstü çıxdıqda dərhal reaksiya veriləcək”

COP29