Meşəni yandıran şəxsin CADU MÜDAFİƏSİ: Əməli pozmaq üçün…

İyulun 31-də Türkiyənin Muğla şəhərində baş verən yanğını törədən şəxs saxlanılıb.

Yenicag.az “Oda TV”yə istinadən xəbər verir ki, yanğını törətməkdə şübhəli bilinən 25 yaşlı Fırat K. saxlanılıb.

Fırat K.-nın ifadəsi isə hər kəsi təəccübləndirib. Belə ki, o, Muğla şəhərinə cadu edildiyini, əməli pozmaq üçün meşəyə od vurduğunu bildirib.

Hazırda həmin şəxsin terror şəbəkəsi ilə bağlılığı araşdırılır.