Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2021-ci ili 96,422 milyon manat zərərlə başa vurub.
Yenicag.az xəbər verir ki, ötən il agentliyin gəlirləri 80 min manat, xərcləri isə 96,502 milyon manat, o cümlədən əməliyyat xərcləri 73,794 milyon manat, ümumi və inzibati xərcləri 22,704 milyon manat, maliyyə xərcləri isə 4 min manat təşkil edib.
Bu il yanvarın 1-nə Dövlət Məşğulluq Agentliyinin aktivləri 107,126 milyon manat olub ki, bu da illik müqayisədə 29,1 % çoxdur. Hesabat dövründə agentliyin öhdəlikləri 5,3 dəfə arataraq 599 min manata, balans kapitalı isə 28,6 % arataraq 106,527 milyon manata çatıb.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi 2019-cu ildə Dövlət Məşğulluq Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Agentlik əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.