Məşhur agentliyin jurnalisti ölü tapıldı: intihar, yoxsa qəsd?

Rusiyada jurnalist yaşadığı evin həyətində ölü tapılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnterfax” informasiya agentliyinin redaktoru Yuri Nikiforovun asılmış meyitini onun həyat yoldaşı aşkarlayıb.

33 yaşlı jurnalistin ölüm səbəbləri araşdırılır. Meyit tibbi müayinə üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.