Məşhur aktrisa sevgilisini məhkəməyə verdi – Porno videolara görə

Amerikalı aktrisa və müğənni Krissi Çembers keçmiş sevgilisi ilə məhkəmə çəkişməsindən qalib ayrılıb.

Yenicag.az xəbər verir ki, o, hələ 18 yaşında olarkən, 2009-cu ildə sevdiyi oğlan tərəfindən gözlənilməz zərbə alıb. Belə ki, sevgilisi Krissidən xəbərsiz aralarında olan intim münasibətləri videoya çəkib. Bir neçə il sonra onlar ayrılıblar. Oğlan aktrisanın intim səhnələrinin yer aldığı altı videonu müxtəlif pornosaytlara yerləşdirib. Üstəlik o, Çembersin adını və yaşını da qeyd edib.

Hazırda 27 yaşı olan Çembers baş verənlərdən yeganə çıxış yolunu məhkəməyə müraciət etməkdə görüb. Artıq məhkəmə onun xeyrinə qərar qəbul edib. Keçmiş sevgilisi öz səhvini etiraf edib, Krissidən üzr istəyib. O, mənəvi ziyana görə kompensasiya ödəməli olacaq. Üstəlik, saytlarda yayımlanmış intim videoların hüquqları da aktrisaya keçirilib və o, həmin görüntüləri sildirə biləcək.