Yenicag.az xəbər verir ki, Alacaqaranlıq filmində canlandırdığı Bella obrazı ilə tanınan 26 yaşlı məşhur aktrisa Kristen Stewart maraqlı açıqlama verib. Beləki gənc aktrisa keçmiş köməkçisi və rəfiqəsi Alicia Cargile-ə dəli kimi aşiq olduğunu ilk dəfə etiraf edib.
Alicia ilə 2015-ci ildən bəri birlikdə olduğunu və oktyabr ayında ayrıldıqdan qısa zaman sonra yenidən bir araya gəldiklərini söyləyən Kristen Stewart, artıq əlaqələrini saxlamaq istəmədiyini söyləyib. O, bunları “Elle” jurnalına açıqlamasında bildirib.
May ayında fransız aktrisa və musiqiçi Soko ilə eşq yaşayan Stewart, bu sözləri ilk dəfə deyib. “Deyəsən rəfiqəmə həqiqətən aşiqəm. Bir neçə dəfə ayrıldıq amma sonra yenidən bir araya gəldik və bu dəfə yetər dedik”.