Dünya şöhrətli fransız aktrisa Anna Karina vəfat edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, son zamanlar xərçəngdən əziyyət çəkən aktrisa 79 yaşında Parisdə dünyasını dəyişib.
Anna Karina “Viktoriya”, “Çarli haqda həqiqət” və “Jenomor” filmləri ilə məşhurlaşıb. Həmçinin o, Jan-Lük Qodarın “Qadın qadındır” filminə görə Berlin kinofestivalının “Ən yaxşı aktrisa” mükafatının sahibi olub.