Məşhur aktrisa xəstəxanada həyatını itirdi – FOTOLAR

Türkiyəli aktrisa Fatma Girik vəfat edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Bodrumdan müalicə almaq məqsədi ilə 6 ay müddətinə İstanbula gedən Türkiyənin parlaq kino ulduzunun həyatını xilas etmək mümkün olmayıb. Sənətçi xəstəxanada həyatını itirib.

1942-ci ildə İstanbulda doğulan Fatma Girik türk kinosunda bənzərsiz obrazlar yaradıb.

Qeyd edək ki, “Yeşilcam” əfsanəsi bir neçə il əvvəl bud və beynindən əməliyyat olunmuşdu.

Cəvahir