Türkiyəli məşhur aktrisanın Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun silahlı hücuma məruz qalmasının təfərrüatı məlun olub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisənin səbəbinin əmlak alqı-satqısından irəli gələn kompromis məsələsi olduğu ortaya çıxıb.
Yeşilköydə balıq restoranında şam yeməyi edən vəkil Şafak Mahmutyazıcıoğlu başqa bir masaya dəvət olunub. Vəkil və adı açıqlanmayan 6 nəfər bir masa arxasında əyləşiblər. Qısa bir danışıqdan sonra masanın altından atəş açıblar. Daha sonra onlar arasında dava olub. Ayağa qalxan Şafak daha 4 güllə yarası alıb. Onun yardımına gələn sürücüsü də ağır yaralanıb. Ümumillikdə 7 güllə yarası alan vəkil xəstəxanada dünyasını dəyişib. Qatillərdən 2-si saxlanılıb, 4-nün axtarışı davam edir.