Məşhur aktyor çəkiclə iş yoldaşının evinə hücum çəkdi

Məşhur türkiyəli aktyor Camal Hünal iş yoldaşının evinə hücum edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, “Issız adam” filmi ilə tanınan aktyor Camal Hünal atçılıq və oxçuluq üzrə dərs keçdiyi mərkəzdə iş yoldaşı ilə münaqişəyə daxil olub. Daha sonra isə o çəkiclə mübahisə etdiyi Ufuk Tuncanın evinə hücum çəkib. Bu hadisədən sonra Ufuk Tunca onu polisə şikayət edib və faktla bağlı araşdırma başlanıb.