Məşhur aktyor deputatlığa namizəd oldu – FOTO

Türkiyənin tanınmış aktyoru Mehmet Arslantuğ deputatlığa namizəd olub.

Yenicag.az xəbər verir ki, aktyor Türkiyə İşçi Partiyasının (TİP) namizədlik təklifini qəbul edib.

Bununla bağlı TİP sədri Ərkan Baş sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, Arslantuğ “Akrebin yolculuğu”, “Racon”, “Direniş Karatay”, “Bir İstanbul masalı” kimi ekran işlərində izləyicilər tərəfindən maraqla qarşılanan rollar ifa edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də parlament və prezident seçkiləri keçiriləcək.