Dünyaca məşhur aktyor Robert Forster vəfat edib.
Yenicag.az xəbər verir ki, beyin xərçəngindən əziyyət çəkən 78 yaşlı aktyor Los Ancelesdə dünyasını dəyişib.
Qeyd edək ki, 100-dən çox filmdə rol alan ulduz məşhur rejissor Quentin Tarantinonun “Jackie Brown” filmindəki Maks Çerri obrazına görə “ikinci planda oynayan ən yaxşı kişi aktyor” kateqoriyasında “Oscar” mükafatı alıb.