Britaniyanın tanınmış aktyoru Sem Qennon 31 yaşında vəfat edib.
Yenicag.az xəbər verir ki, aktyorun ani ölümü onu sevənləri yasa boğub.
Aktyorun tətil üçün gəldiyi ABŞ-də vəfat etdiyi bildirilir.
Onun anası yerli mediaya açıqlamasında oğlunun uşaqlıqdan bəri ürəyində problem olduğunu bildirib.
Qeyd edək ki, Qennon “Tales of Bacon”, “Babes with Blades” kimi ekran işlərində yer alıb.