Məşhur aktyor həbs edilir? – Qərar verildi

Türkiyəli məşhur aktyor Burak Özçivitin məhkəməsi keçirilib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 3 min lirə (təxminən 303 manat) cərimələnib.

Hakim təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayətə görə məhkum edilmədiyini bildirib və bu əsaslarla məhkəmə həbs hökmünün ləğv olunmasına qərar verib.

Qeyd edək ki, aktyorun 4 il 1 ay müddətinə qədər həbsi istənilənilirdi.

Xatırladaq ki, “Kuruluş Osman” serialının çəkilişi ərəfəsində işçi heyətini təhqir etdiyinə görə Burak Özçivit haqqında cinayət işi açılmışdı.