Məşhur aktyor həbs olundu – Zorakılıq qalmaqalı

51 yaşlı amerikalı aktyor Kiçik Kyuba Qudinq saxlanılıb.

Yenicag.az xəbər verir ki, o, Nyu-Yorkda içkili vəziyyətdə 29 yaşlı qadına zorakılıq edib, buna görə polis bölməsinə aparılıb. Aktyor məhkəməyə gətirilərkən, əlləri qandallı vəziyyətdə olub.

O, iddianı qəbul etməyib və buna görə məhkəmə təxirə salınıb.

Qeyd edək ki, aktyor “Yeni bir başlanğıc” filminə görə 1997-ci ildə Oskar mükafatına layiq görülüb.

Tahirə Nur