“Netflix”də yayımlanan və İsrail-Fələstin münaqişəsindən bəhs edən “Fauda” adlı serialın kürd əsilli aktyoru İdan Əhməd İsrail ordusuna qoşulub.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı aktyor özünün “Instagram” hesabından yayıb.
O, paylaşdığı görüntülərdə vəziyyətinin yaxşı olduğunu bildirib:
“Whatsapp”a xeyli mesaj gəlib. Buradan hər kəsə yaxşı olduğumu demək istəyirəm. Əhvalımızı yüksək tuturuq, ailələrimiz və uşaqlarımız üçün buradayıq.
Hərbi xidmətimi 10 il öncə bitirmişəm, lakin hazırda İsrail üçün buradayam. Qalib gələcəyik! Bu “Fauda”dan bir səhnə deyil, gərçək həyatdır və qalib gələnə qədər durmayacağıq”.