!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur aktyor məktub yazaraq intihar etdi

!Reklam – Yazi

“Thor”, “Klown Kamp Massacre”, “Fanboys” və “Not Forgotten” kimi filmlərdə rol alan məşhur aktyor İsaak Kapi intihar edib.

Yenicag.az xəbər verir ki, intihardan əvvəl aktyor “İnstagram” səhifəsində məktubunu paylaşıb. 42 yaşlı aktyor burada “Artıq itiriləsi heç bir şeyim yoxdur” deyə qeyd edib.

Vida məktubu yazan aktyor xarakteri haqqında heç kəsin bilmədiyi bəzi məqamları da açıqlayıb. “Yaxşı bir insan olduğuma inanırdım, amma əslində deyiləm. Həyatım boyunca pis bir insan oldum. İnsanlardan pul müqabilində istifadə etdim, bir çoxlarının etimadına xəyanət etdim. Spirtli içkilər, narkotik və siqaretdən istifadə etməklə öz vücuduma xəyanət etdim. Məni sevən insanlardan faydalandım. Qumar oynadım. O qədər çox pul xərclədim ki, bütün gələcəyimi məhv etdim. Artıq həyatda itiriləsi heç nəyim yoxdur”

Sosial şəbəkədəki paylaşımından sonra Kapi Arizonadakı bir çaya tullanaraq intihar edib.

Tahirə Nur

www.yenicag.az

6984
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv