Məşhur aktyor vəfat etdi – Film çəkilişi zamanı infarkt keçirib

Türkiyənin tanınmış aktyoru, yaratdığı obrazlarla tamaşaçıların sevgisini qazanan Kamal Quruçay vəfat edib.

Yenicag.az xəbər verir ki, 59 yaşlı aktyor “Seksenler” serialının çəkilişi zamanı infarkt keçirib.

Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aktyor “Seksenler”də Seyfi obrazını canlandırırdı.