Məşhur aktyor vəfat etdi

Gürcüstanın əməkdar artisti, aktyor və rejissor Baadur Tsuladze vəfat edib.

Yenicag.az xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

1935-ci ildə Batumidə anadan olan Tsuladze “Buratinonun sərgüzəştləri”, “Mənim ərim ol” və digər məşhur filmlərdə çəkilib.

Ümumilikdə 90 filmə çəkilən aktyor 10 filmin də rejissoru olub.